Şəhriyar Məmmədyarov dünya reytinqində ikinci pilləyə yüksəlib

Şəhriyar Məmmədyarov dünya reytinqində ikinci pilləyə yüksəlib
  • Clock-gray 19:02
  • calendar-gray 31 Yanvar 2018

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.

 

Apasport.az saytının məlumatına görə, fevral ayı üçün müəyyənləşən kişi şahmatçıların reytinq cədvəli Azərbaycan üçün uğurlu alınıb.

 

Belə ki, yığmamızın lideri Şəhriyar Məmmədyarov siyahının ikinci pilləsində qərarlaşıb. Ötən ayla müqayisədə bir pillə də irəliləyən və 2814 reytinq xalı olan “Şah” yalnız Maqnus Karlsendən (2843) geri qalır. İlk üçlüyü 2800 xalla rusiyalı Vladimir Kramnik tamamlayıb.

 

 Millimizin digər üzvləri, Teymur Rəcəbov 2748 xalla 18-ci, Rauf Məmmədov 2709 xalla 40, Arkadi Naydiç isə 2705 xalla 41-ci pillədə qərarlaşıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date