İranın milli irs, əl işləri sənayesi və turizm naziri Azərbaycana gəlib

İranın milli irs, əl işləri sənayesi və turizm naziri Azərbaycana gəlib
# 27 iyun 2022 12:48 (UTC +04:00)

İranın milli irs, əl işləri sənayesi və turizm naziri İzətullah Zərqaminin Azərbaycana səfəri başlayıb.

APA-nın Tehran bürosu xəbər verir ki, Zərqami İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən turizm nazirlərinin 11-ci iclasında iştirak edəcək.

Səfər çərçivəsində iranlı nazirin bir sıra rəsmi şəxslərlə görüşləri keçiriləcək.

Görüşlərdə turizm sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, tarixi və dini abidələrin bərpası və digər məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR