Beynəlxalq ekspertlər Ağdam Cümə məscidi və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Beynəlxalq ekspertlər Ağdam Cümə məscidi və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
# 26 noyabr 2022 17:14 (UTC +04:00)

“Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın iştirakçıları Qarabağa səfər çərçivəsində Ağdam Cümə məscidində olublar.

APA xəbər verir ki, qonaqların diqqətinə çatdırılıb ki, digər abidələr kimi, Ağdam Cümə məscidi də dağıntılara və vandalizmə məruz qalıb.

Bildirilib ki, erməni işğalı zamanı məsciddən tövlə kimi istifadə edilib.

Məsciddə aparılan təmir-bərpa işləri barədə ekspertlərə ətraflı məlumat verilib.

Qonaqlar Ağdam Dram Teatrının dağıdılmış binasının qarşısında olublar.

Səfər iştirakçıları Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR