4 avqust 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı aparılıb.
XİN-dən APA-ya verilən məlumata görə, telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri bir qrup radikal dini dəstənin Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin binasına hücumu ilə əlaqədar narahatlığını bildirib.
Nazir Ceyhun Bayramov bu vandallıq aktı barədə Türkiyə tərəfinə ətraflı məlumat verib.
Türkiyə xarici işlər naziri bu hücumu tamamilə qınayıb, Türkiyənin Azərbaycanın yanında olduğunu və hər zaman dəstək göstərməyə hazırlığını diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov Türkiyə xarici işlər nazirinə göstərdiyi diqqətə və təklif olunan dəstəyə görə minnətdarlığını bildirib.
Çavuşoğlu Londonda səfirliyə hücumu qınayıb, Türkiyənin Azərbaycana dəstəyini ifadə edib
05 avqust 2022 00:31 (UTC +04:00)
Xarici siyasət
Beynəlxalq səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb
08:04
2 may 2024
Azərbaycanla Avstraliya arasında siyasi, iqtisadi, əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - FOTO
01:18
2 may 2024
Azərbaycan-İtaliya ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
23:37
1 may 2024
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
19:15
1 may 2024