Fəxrəddin Altun: "Qarabağ zəfərindən sonra Türk Dövlətləri Təşkilatı daha da gücləndi"

Fəxrəddin Altun: "Qarabağ zəfərindən sonra Türk Dövlətləri Təşkilatı daha da gücləndi"
# 03 noyabr 2022 20:20 (UTC +04:00)

Türkiyə 44-günlük müharibə zamanı Azərbaycana hərtərəfli yardım göstərdi, çox ciddi diplomatik addımlar atıldı.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun İstanbulda keçirilən “Bir millət- Bir Zəfər” adlı tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, müharibə zamanı dünya kimin işğalçı olduğunu gördü. F. Altun əlavə edib ki, informasiya dəstəyi baxımından media ilə yanaşı vətəndəş cəmiyyəti də aktiv fəaliyyət göstərdi.

“Türk milləti sosial şəbəkələr vasitəsi ilə də böyük dəstək verdi. Beynəlxalq ictimaiyyət Azərbaycanla Türkiyəni təcrid etməyə çalışdı. Azərbaycanlı qardaşlarımız bilsinlər ki, bu yolda əsla yalnız deyillər və biz də Azərbaycanın hər zaman Türkiyənin yanında olduğuna inanırıq. Bu zəfər haqlının və həqiqətin haqsız üzərində qələbəsinin simvoludur. Bizi işğalçı kimi qələmə verməyə çalışdılar. Qarabağ zəfərindən sonra Türk Dövlətləri Təşkilatı daha da gücləndi. Bu şanlı zəfərdən sonra Şuşa, Zəngilan və ümumilikdə Qarabağı bərpa edəcəyik”, - deyə Altun vurğulayıb.

Qeyd edək ki, tədbir Azərbaycanın İstanbuldaki Baş konsulluğu və Tuzla rayonu bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR