Somalinin Təhlükəsizlik nazirinin müavininin avtomobilinə hücum edilib, ölən və yaralılar var

#
# 05:12
19 iyul 2020

Somali Təhlükəsizlik nazirinin müavini Abdinasir Səid Musanın avtomobili paytaxt Moqadişoda terrorçuların hücumuna məruz qalıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Garowe Online" internet qəzetində məlumat dərc edilib.

Yerli vaxtla təxminən 7.30-da baş verən hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb.

Terror hadisəsi partlayıcı qurğunun işə salınması ilə həyata keçirilib.

Hələlik terror qruplaşmalardan heç biri məsuliyyəti üzərinə götürməyib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR