Bodrumda daha bir meşə yanğını olub

Bodrumda daha bir meşə yanğını olub
# 31 iyul 2021 14:56 (UTC +04:00)

Türkiyənin Bodrum şəhərində daha bir meşə yanğını baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Bodrumun Kumbahçe məhəlləsi İçmeler yolu üzərində yerləşən meşədəki yanğın hadisəsi küləyin səbəbindən qısa müddətə geniş sahəyə yayılıb.

Yanğının yaxınlıqdakı yaşayış yerlərinə keçməməsi üçün yanğınsöndürənlər gərgin iş rejimində fəaliyyət göstərir.

Qeyd edək ki, meşə yanğınının səbəbi hələlik bilinmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR