Stella Kiriakides: “Avropada pandemiyanın növbəti dalğası müşahidə olunur”

Stella Kiriakides: “Avropada pandemiyanın növbəti dalğası müşahidə olunur”
# 24 noyabr 2021 00:05 (UTC +04:00)

Avropa İttifaqının Səhiyyə məsələləri üzrə komissarı Stella Kiriakides qitədə son həftələrdə yoluxmaların kəskin artdığını və pandemiyanın növbəti dalğasının müşahidə olunduğunu bildirib.

APA-nın xəbərinə görə, komissar vurğulayıb ki, hazırda yoluxanların əksəriyyəti peyvənd olunmamış şəxslərdir.

Kiriakides vaksinasiya kampaniyasının genişləndirilməsinə çağırış edib. Bundan əlavə o, Avropa İttifaqı daxilində azad hərəkət qaydaları və sertifikasiya üzrə yeni tövsiyələrin hazırlandığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR