Türkiyə Daxili İşlər Nazirliyi: May ayında 10 ən təhlükəli terrorçunu məhv etmişik

Türkiyə Daxili İşlər Nazirliyi: May ayında 10 ən təhlükəli terrorçunu məhv etmişik
# 05 iyun 2021 13:43 (UTC +04:00)

May ayında Türkiyədə terror əleyhinə keçirilən əməliyyatlarda ən təhlükəli 10 terrorçu məhv edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Daxili işlər nazirinin müavini İsmayıl Çataklı bildirib.

İ.Çataklı deyib ki, keçən ay ümumilikdə 81 terrorçu zərərsizləşdirilib.

Narkotiklərlə mübarizə çərçivəsində may ayında 2310 nəfər həbs olunduğunu bildirən nazir müavini mayın 3-də narkotik əleyhinə keçirilən mütəşəkkil mübarizə tədbirləri nəticəsində 356 kiloqram, mayın 17-də isə 117 kiloqram heroin ələ keçirildiyini vurğulayıb.

İ.Çataklı mayda qadınlara törədilən cinayət nəticəsində Türkiyədə 19 qadının həyatını itirdiyini bildirib.

Nazir müavini 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhddən sonra 315-i yerli səviyyədə olmaqla, ümumilikdə 358 mafiya tipli mütəşəkkil cinayət təşkilatının məhv edildiyini, 2021-ci ildə mütəşəkkil cinayət təşkilatlarına qarşı keçirilən 223 əməliyyatda 903 nəfərin həbs olunduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR