Şahbuzda məktəb şagirdləri arasında 20 Yanvar mövzusunda müsabiqə keçirilib

Şahbuzda məktəb şagirdləri arasında 20 Yanvar mövzusunda müsabiqə keçirilib
# 17 yanvar 2007 09:52 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Gənclər və İdman İdarəsi 20 Yanvar faciəsinin 17-ci ildönümü ilə bağlı rayon Təhsil Şöbəsi ilə birlikdə tədbirlər keçirib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında üç nominasiyada (rəsm, şeir və inşa-yazı) keçirilən müsabiqəyə yekun vurulub. V-VIII siniflər arasında keçirilən müsabiqədə qəsəbə orta məktəbinin şagirdi Lamiyə Kərimova, IX-XI siniflər arasında keçirilən müsabiqədə isə rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin yetirməsi Ülkər Quliyeva qalib gəliblər. “Torpaq, uğrunda ölən varsa vətəndir” devizi altında keçirilən inşa-yazı müsabiqəsində birinci yerə qəsəbə orta məktəbinin şagirdi Türkay Məmmədova layiq görülüb. Şeir müsabiqəsi bədii qiraət və müəllif şeirləri üzrə keçirilib. Şeirləri daha gözəl bədii qiraət edən qəsəbə orta məktəbinin şagirdi Sirac Sultanlı birinci olub. Müəllif şeirləri üzrə isə Keçili kənd orta məktəbinin şagirdi Nərgiz Qəmbərli birinci yeri tutub. Fərqlənən şagirdlərə xatirə hədiyyələri və diplomlar təqdim olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR