Azərbaycan millisinin futbolçusu koronavirus səbəbindən karantinə alınıb

Azərbaycan millisinin futbolçusu koronavirus səbəbindən karantinə alınıb
# 06 oktyabr 2020 14:50 (UTC +04:00)

Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi Ukraynanın “Aleksandriya” klubunda koronavirus pandemiyasına yoluxma faktı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, klubun tibbi xidməti oktyabrın 4-də “Olimpik”ə qarşı keçirdiyi çempionat görüşündən (2:3) sonra götürülən testlərin nəticəsini açıqlayıb.

Məlum olub ki, bir neçə futbolçunun testi pozitiv çıxıb. Bu səbəbdən bütün komanda karantinə alınıb və prosedura uyğun tələblərin icrasına başlanılıb.

“Aleksandriya”nın məşqçi heyəti və baza işçilərinin də testdən keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR