AMEA-da “İran-Azərbaycan elmi-mədəni əlaqələr zalı” açılıb

AMEA-da “İran-Azərbaycan elmi-mədəni əlaqələr zalı” açılıb
# 21 dekabr 2006 13:49 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “İran-Azərbaycan elmi-mədəni əlaqələr zalı”nın açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, AMEA-nın prezidenti Mahmud Kərimov İranla elmi-mədəni və qonşuluq əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyini bildirib. İranın Azərbaycandakı səfiri Əfşar Süleymani zala 1000-dən artıq elmi ədəbiyyat, audio və video materiallar verdiklərini deyib: “Burada 40-dan artıq oxucu üçün yer ayrılıb, internet qoşulmuş kompüter vasitəsilə azərbaycanlı elmi işçilər iranlı həmkarları ilə virtual elmi əlaqə yarada biləcəklər”. Səfir belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini də vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR