BIZNES QOROSKOP Fevral-2007

BIZNES QOROSKOP Fevral-2007
# 13 fevral 2007 10:42 (UTC +04:00)
QOÇ

Fevral ayında sizin fəaliyyətinizə Mars himayədarlıq edir. Karyeranızla daha fəal məşğul olmağınız məsləhətdir. Maneələr çox olsa da, çalışın özünüzü irəli çəkəsiniz. Rəhbərlik ilə münasibətləriniz çox da ürəkaçan olmayacaq, hətta bəzi Qoçlar sərt qərar qəbul etmək məcburiyyətində qalacaqlar. Sizi əhatə edən insanlar bütün ay boyu sizə qarşı çox tələbkar olacaqlar. Vaxtınızdan səmərəli istifadə etməyə çalışın.
Fevral ayı çoxlu yeni ideya, faydalı işgüzar tanışlar tapmağınıza imkan verəcək, irimiqyaslı tədbirlərdə iştirak edəcəksiniz. Fevralın ortalarında və ayın sonunda bir çox qoçlar nəqliyyat və avtomobil məsələlərini fəal həll etməli olacaqlar.
Uğurlu günləriniz 20, 21 fevral.

BUÄžA

Bir çox buğalar üçün fevral ayı gərgin olacaq, amma bu gərqinlik çox yaxşı nəticələrlə növbələşəcək. Bu, işinizə yanvardan planlaşdırılan inkişaf gətirəcək. Fevralın ilk yarısında sizi biznes və işinizdə uğur gözləyəcək, bir çox iri layihələrdə iştirak edəcəksiniz və bu uğur sizdə özünüzə inam hissini artıracaq. Bu ay yumşaqlıq nümayiş etsəniz, yaxşı olar. Lazimsız yerə pul xərcləməməyə çalışın, çünki qarşıda bir çox problrmlərlə üzləşmə ehtimalı böyükdür. Artıq fevralın ikinci ongünlüyündə bu günə kimi əlçatmaz olan işlərə vaxt sərf edə bilərsiniz. Yeni dostluq əlaqələri yarana bilər. Fevralın 21-dən sonra çalışın işlərinizi tezləşdirin, öz planlarınızı düzgün qurun, inkişafınız üçün yeni imkanları fəal axtarın.
Uğurlu günləriniz 22, 23 fevral.

ƏKİZLƏR

Fevral sizə dəyişkənlık gətirəcək, çoxlu ikili şərait yaranacaq və birmənalı cavab almaq sizinçün çətin olacaq. Fevralda çalışın öz planlarınızı möhkəm tutasınız. Çoxlarınızda yeni maraq, işinizdə gözlənilməz dəyişiklik yarana bilər, müvəqqəti variantların yaranması istisna olunmur. Bu variantlara çox ümüd bəsləmək olmaz. Planlaşdırdığınız işlər bu ay asanlıqla reallaşa bilər. Balıqlar bürcünün başladığı gündən, yəni fevralın 19-dan köhnə imkanlarınızı ayırd etməli olacaqsınız. Əsas odur ki, işinizdə nəzarəti itirməyin və həddən artlq fəallıq göstərməkdən yorulmayın. Fevralın sonunda çoxlarınız bir qisim əlaqələrdən və işgüzar layihələrdən imtina etməli olacaqsınız.
Ayın sonuna kimi qarşılıqlı münasibətləriniz heç də ürəkaçan olmayacaq. Gözlənilməz problemlərlə mübarizəniz çox vaxt aparacaq. Bəzi məsələlərin həlli ilə mart ayının ilk həftəsi ərzində məşğul olacaqsınız.
Uğurlu günləriniz 24,25 fevral.

XƏRÇƏNG

Fevral sizə keçən ayın əvvəllərində meydana çıxan işgüzar əlaqələrinizi möhkəmləndirmək imkanı yaradacaq. Xərçənglərin bir çoxunun həm şəxsi həyatında, həm də ictimai əlaqələrində yeniliklər meydana çıxacaq. Onlar işdə daha şöhrətpərəst, insalarla münasibətdə isə daha inadcıl olacaqlar. Bununla belə, sizi hövsələdən çıxarmaq istəyən müttəfiqlərin sizə qarşı çıxacağı da istisna edilmir. Lakin bu heç bir səmərə verməyəcək. Xərçənglər hətta barışmaz hesab etdikəri düşmənləri ilə belə uğurlu iş əlaqələri quracaqlar. Fevralda xərçənglərin başqa insanlar qarşısında bir neçə öhdəliyi olacaq, ümumi işlər müəyyən məhdudiyyət, xüsusilə maliyyə məhdudiyyətləri tələb edəcək. Ayın ortasında və sonunda elə bir şərait yaranacaq ki, siz fəaliyyətinizdə sərbəstlik və azadlıq hiss edəcəksiniz. Yaxşısı budur ki, bütün mühüm məsələləri kənardan müdaxiə olmadan və vaxta qənaət etmədən həll edəsiniz. Xərçənglərin həyatında mühüm səfərlərin olacağı, bəzilərinin keçmiş əlaqələrinə qayıdacağı, vacib hüquqi sənədlərin imzalanacağı ehtimal edilir.
Uğurlu gününüz 26 fevral.

ŞİR

Fevral ayı ətrafınızın sizə qarşı münasibətlərinin yüksək fəallıq dövrüdür. Şirlər çox zaman göz qabağında olacaq. Cəmiyyətdə tez-tez müzakirə obyektinə çevriləcəyinizi nəzərə alıb, özünüzə qarşı müsbət rəy yaratmalısınız. Uzaqgörən siyasət nəticəsində daha önəmli şəxsə çevrilib yeni tərəf-müqabilləri əldə etmək imkanınız var. Lakin bəziləriniz yüksək rəqabətlə və cəmiyyətdə etirazla qarşılaşacaqsınız. Fevralın ilk yarısında səhhətinizdə nasazlıq yaranacaq, orqanizminiz nisbətən zəifləyəcək, buna görə də bacardıqca daha çox istirahət etməyiniz və özünüzü soyuqdan qorumağınız məsləhətdir. Bu dövrdə bir çox yaradıcılıq əlaqələri yaranacaq, lakin şəxsi həyatınızda daha hissiyatlı olmalı və öz maraqlarınızı qurban verməyi bacarmalısınız. Biznesdə isə aldana bilərsiniz, buna görə də sizə yüksək gəlir gətirə biləcək vədlərə inanmayın. Ayın ikinci on günlüyündə isə dəyişkən nəticələrlə üzləşə bilərsiniz, xüsusilə maliyyə işləri ilə bağlı məsələlərdə tələsik nəticə çıxarmayın. Fevralın üçüncü ongünlüyündə isə əsas fikrinizi şəxsi həyatınıza və işinizə yönəltməyiniz məsləhətdir. Yaxşı olar ki, həyatınızda bəzi dəyişikliklər edəsiniz. Səbirli olun, tələsməklə heç bir nəticə əldə edə biməyəcəksiniz. Lakin həyatınıza yeni məna qatacaq əlaqələrin yaranması ehtimalı var.
Uğurlu günləriniz - 21, 22 fevral.

QIZ

Həmişəki kimi qışla yazın sərhədində çoxlu qeyri-mütəşəkkil proseslər baş verəcək. Qızlar üçün cərəyan edən bu hadisələrdən baş çıxarmaq elə də asan olmayacaq. Ayın ortası ən uğurlu və sakit dövrdür, sevgidə və maliyyə işlərində bəxtiniz gətirəcək, işinizlə bağlı xoş xəbərlər alacaqsınız. Ayın birinci yarısı yeni əlaqələr qurmaq və dəbdə olan əşyalar əldə etmək üçün uğuru vaxtdır. Həyatınıza yenı məna qata biləcək qısamüddətli sevgi macəraları da istisna edilmir. Lakin ayın 14-dən sonra müxtəlif səbəblərdən, məsələn, kiminsə xəstələnməsi və ya ezamiyyətə getməsi səbəbindən ünsiyyətlərinizdə soyuqluq yarana biər. Işlərinizin gedişinin pisləşməsi, tərəfdaşlarınızın gözlənilmədən planlarını dəyişib sizi pis vəziyyətdə qoyması ehtimalı var. Ayın 20-dən sonra tərəfdaşlarınızı dəyişə, nigahla bağlı məsələlərinizi həll edə bilərsiniz. Ayn axırında ulduzlar sizinlə müttəfiq olmağa cəhd göstərmir, bu vaxt ərzində ola bilər ki, səhhətinizdə nasazlıq yaransın, münasibətlərinizdə stress və gərginlik yaradan çoxlu təcili işlər meydana çıxsın.
Uğurlu günləriniz - 14, 16 fevral.

TƏRƏZİ

Fevralın ilk yarısı Tərəzilərin əhval-ruhiyyəsinə müsbət təsir göstərəcək. Sizi klublarda, teatrlarda, konsert zallarında xoş istirahət, həmçinin işdə və biznesdə xeyli uğur gözləyir. Düzdür, şəxsi həyatınızda ayrılıq, ruh düşgünlüyü yarana bilər və bu, sizi sağlamlığınızla bağlı bəzi problemləri həll etməyə sövq edəcək. Lakin bütün bunlar həyatın sevincini yaşamaqda sizə mane olmayacaq. Bu qışın əsas məqsədlərini evinizdə ciddi yenidənqurma işini həyata keçirmək, mühüm biznes layihələrini başa çatdırmaq və təzə maşın ala bilərsiz. Öz məqsədlərinizi həyata keçirmək üçün qüvvə və vəsaitlərinizi qənaətlə xərcləməlisiniz. Ayın ilk 20 günündə bütün işləriniz asanlıqla və hiss edilmədən başa gələcək, kifayət qədər azadlıq və şəxsi inkişafınız üçün geniş imkanlar əldə edəcəksiniz. Lakin fevralın sonlarına doğru şəxsi həyatınız və iş prosesiniz zəifləyə, sağlamlığınız isə sizi pis vəziyyətdə qoya bilər. Əgər mənzilinizi dəyişmək və ya kiçik təmir işlərinə başlamağı planlaşdırırsınızsa, onda bu, bir neçə həftə uzana bilər. Ayin sonunda isə Tərəzilər məhəbbət görüşləri və sevdikləri insanla şən vaxt keçirmək sayəsində daha da canlanacaqlar.
Uğurlu günləriniz - 16, 17 fevral.

ƏQRƏB

Fevralın əvvəlində sizi böyük işlər, ambisiyalı layihələr cəlb edəcək. Əqrəblər, müvəqqəti olsa da, problemlərdən uzaq durmağa, ailənin və evin mühüm problemlərini həll etməyə səy göstərəcəklər. Belə ki, bir çoxlarını işgüzar ezamiyyətlər, fəal kommersiya işləri, yeni işgüzar əlaqələrin inkişafı gözləyir. Bu ayı yüksək əhval-ruhiyyə ilə məhsuldar keçirmək imkanınız var. Ayın sonuna doğru qeyri-mütəşəkkilliyiniz fəallaşacaq, çoxlu köhnə dostlarınız peyda olacaq, köhnə əlaqələriniz sizə xeyir gətirəcək. Hər hansı yaradıcı və intellektual işə maraq göstərəcəyiniz ehtimalı var. Ayın ikinci və üçüncü ongünlüyündə isə xarici əlaqələrinizi minimuma qədər məhdudlaşdırmaqla, gələcəyiniz naminə bir qədər işləməklə, yaz naliyyətlərinin əsasını qoymaqla yaradıcılığınızda mühüm dəyişikliklər edəcək, köhnə layihələri yeniləşdirə biləcəksiniz. Ayın axırı çoxdan itirdiyinizi ədə etmək üçün uğurlu vaxtdır.
Uğurlu gününüz 19 fevral.

OXATAN

Ilin ilk aylarında işlərinizdə durğunluq yarana biər, bütün bunlar Oxatanlara ailələrinə və yaxınlarına daha çox diqqət ayırmağa imkan verəcək. Bu dövr fevralın sonu martın əvvələrində sona yetəcək, amma hələ ki tələsmək lazım deyil, asanlıqla dostlarınızla münasibət qurun, kiçik səyahətlər təşkil edin, avtomobiinizi yeniləşdirin, müxtəlif mağazaları gəzin. Bu ay sizə müsbət emosiyalar, insanlarla münasibətdə və işdə ruh yüksəkliyi gətirəcək. Lakin fevralın ilk iyirmi günündə qeyri-mütəşəkkillik çox fəal olmayacaq, buna görə də hər şey özünüzü necə aparmağınızdan, insanlarla necə əlaqə qurmağınızdan asılıdır. Gözlənilməz sevinc hissi ayın son ongünlüyündə yarana bilər, bu zaman qohumlarınızın və ya dostlarınızın gəlişi həyatınızı dəyişəcək, sizi çoxlu tanımadığınız insanlarla ünsiyyət qurmağa, həmişəkindən daha çox yolda olmağa məcbur edəcək. Ayın sonunda işinizdə dəyişiklik ola bilər, sənədlərin itməsindən və informasiya sızmasından özünüzü qoruyun. Ayın son həftəsində xoş xəbərlər ala bilərsiniz, bu da sizin əhval-ruhiyyənizi qaldıra, sevgi münasibətlərinizi canlandira bilər.
Uğurlu günləriniz 21, 22 fevral.

OÄžLAQ

Doğum gününüzdən uzun müddət keçməsinə baxmayaraq, siz hələ də yüksək tonusunuzu saxlayırsınız. Marsın bürcünüzə təsiri nə qədərdirsə, siz də gərgin işlərə bir o qədər sövq olunursunuz. Əgər ruh düşgünlüyü yaranarsa, bunun ilin ən məhsuldar dövrü olduğunu özünüzə xatırladın. Kişiləri biznesdə uğur, qadınları isə evdə və işdə yeni-yeni nailiyyətlər gözləyir. Boş vaxtnınız elə də çox olmayacaq, lakin bir ay ərzində çox şey edə bilərsiniz. Ən xoşagəlməz və çətin işi belə təxirə salmayın, siz onun öhdəsindən asanlıqla gələ bilərsiniz. Ayın 14-dək biznes üçün uğurlu vaxtdır, lakin bəzilərinizin pulla bağlı məhdudiyyətləri ola bilər. Buna baxmayaraq, yeni ve köhnə dostlarınızdan dəstək alacaqsınız. Işlə əlaqədar məsələləri, rəsmi əlaqələri və kreditləri ayın ikinci yarısına saxlamaq lazım deyil, bu zaman işgüzar proseslerdə durğunluq yarana bilər. Lakin təhsilinizə daha çox vaxt ayıra, yaxşı tanıdığınız yerlərə səyahət edə, çoxlu lazımi məlumatlar toplaya bilərsiniz. Ayın sonunda köhnə tanışlarla rastlaşmaq ehtimalınız var. Alış-verişi martın 21-ə qədər təxirə salmanız məsləhətdir.
Uğurlu günləriniz 13 ,14 fevral.

DOLÇA

Ayın əvvəllərində doğum günlərini qeyd edənlər bir qədər romantikləşib real həyatdan uzaqlaşacaqlar. Dolçaları gündəlik işlərindən başqa hər şey dəniz, okean, ekzotik ölkələr, müxtəlif yaradıcılıq işləri, musiqi, psixologiya, poeziya və s. maraqlandıracaq. Ayın ilk yarısında ulduzlar sizin aktiv fəaliyyətinizi dəstəkləməyəcək, bəzilərinizin hətta xəstələnmək ehtimalı da var. Lakin mədəni və ictimai tədbirlərdə iştirak, bir çox tanınmış və ziyalı insanlarla tanışlıq həyatınızda yeni perspektivlər aça, sizə şöhrət və uğur gətirə biər. Ayın ikinci ongünlüyündən sonra isə romantik hissləriniz soyuyacaq, artıq sağlamlığınızın qeydinə qalmalı, işlərinizdə səhvə yol verməməlisiniz. Ayın 18-dən sonra həyatınızı yenidən qurmaq imkanı qazanacaqsınız. Fevralın sonunda işdə və evdə yenidənqurma işləri istisna deyil, sabit olmayan bu dövrdə pul xərcləməkdə və hər hansı işə kapital qoyuluşunda diqqətli olmalısınız. Bir çoxlarınızın əsl işə yalnız mart ayında başlayacaq.
Uğurlu günləriniz 16, 17 fevral.


BALIQLAR

Fevral ayı Balıqlar üçün məhsuldar və uğurlu aydır, bu ayda həyatınızda mühüm hadisələr baş verəcək. Doğum gününüzə hələ xeyli qalmış enerji və yeni-yeni ideyalar axını hiss edəcəksiniz. Ayın ilk yarısında bürcünüzə Venera və Uranın təsiri nəticəsində müxtəlif maraqlı tanışlıqlar yaranacaq ki, bu da imicinizi, insanlarla münasibətinizi dəyişəcək, həyata yeni baxışlarla baxmağınıza kömək edəcək. Fevralın birinci yarısında əks cinslə münasibətiniz yoluna düşəcək, dostlarınız işlərinizdə və problemlərinizin həllində sizə yaxından kömək edəcəklər. Lakin ayın 14-ə yaxın Merkurinin istiqamətini dəyişməsi nəticəsində işləriniz geriləyə, maşınla və texnıka ilə bağlı gözlənilməz problemlər yarana bilər. Ayın ikinci yarısında işinizdə yoxlama ola bilər, bir çoxlarınızı doğma yerlərə səyahət, evdə yerdəyişmə gözləyir. Ehtimal var ki, yeni tanışlarla ünsiyyət quracaq və ya həll olunmamış problemlərinizi həll edəcəksiniz. Ayın üçüncü dekadasında ulduzlar sizi tələsik işlər görməyə sövq edəcək, yaxşısı budur ki, bu vaxt iri alış-verişlə məşğul olmayasınız. Səbrli olun və martın 8-ə qədər tam informasiya almayınca bütün problemlərin həllini bir kənara qoyun.
Uğurlu günləriniz 18, 19 fevral.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR