Daha bir qadın alverçisi yaxalanıb

Daha bir qadın alverçisi yaxalanıb
# 14 avqust 2007 10:49 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları daha bir qadın alverçisini yaxalayıb. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Mingəçevir şəhər sakini Aslan Bayramov saxlanılıb. A. Bayramov insan alveri ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə qadınları Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoymaqda təqsirləndirilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR