Aeroport yolunda sərnişin avtobusu ilə toqquşan yük avtomobilinin sürücüsü qanunsuz fəaliyyət göstərib

Aeroport yolunda sərnişin avtobusu ilə toqquşan yük avtomobilinin sürücüsü qanunsuz fəaliyyət göstərib
# 13 oktyabr 2021 10:10 (UTC +04:00)

“Daha bir qeyri-qanuni daşıma xidmətinin sürücüsünün səbəb olduğu hadisə-faciə! Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 dövlət nömrə nişanlı, "Mercedes” markalı yük avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən 10 TH 116 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılıb. Yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib”.

APA-nın məlumatına görə, bunu Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

“Dünəndən bu cür daşımalara qarşı başlanan tədbirlərlə bağlı sosial hesablarda ünvanımıza "bir tikə çörəyi niyə kəsirsiz" ittihamlarına qarşılıq bu hadisənin cavab olmasını heç istəməzdik... Amma fakt faktlığında qalır. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb”, - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR