Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb

Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb
# 04 oktyabr 2021 10:32 (UTC +04:00)

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Ağdaş rayonu Yuxarı Ləki kənd sakini Nazim Feyzullayev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Orta Ləki kəndi ərazisində hərəkətdə olarkən yolu keçən piyada, həmkəndlisi Mahir Məmmədovu vurub. Hadisə nəticəsində Mahir Məmmədov aldığı xəsarətlər səbəbindən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR