Bakı sakini dava zamanı bıçaqlanıb

Bakı sakini dava zamanı bıçaqlanıb
# 08 iyul 2021 01:10 (UTC +04:00)

Bakının Sabunçu rayonunda tanışlar arasında dava zamanı bir nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.
“Xanlar” yaşayış massivində 1989-cu il təvəllüdlü Əsgərov Xanlar Adil oğlu tanışı ilə hələlik bilinməyən səbəbə görə dava edib.
Dava zamanı X.Əsgərov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR