Bakıda 7 avtomobil qəzaya uğrayıb, xəsarət alan var - FOTO - VİDEO

Bakıda 7 avtomobil qəzaya uğrayıb, xəsarət alan var - <span class="red_color">FOTO - <span class="red_color">VİDEO
# 10 may 2021 22:27 (UTC +04:00)

Bakının Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib.

APA xəbər verir ki, Füzuli küçəsində qeydə alınan qəzada 7 avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobilinin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə “Lexus” və “Toyota” markalı avtomobillərə çırpılıb. 

Zərbənin gücündən “Mercedes” daha sonra yol kənarında hərəkətsiz dayanmış 2 “Hyundai” markalı, eyni zamanda “Ford” və “Mitsubishi” markalı minik avtomobillərinə çırpılıb.

Hadisə zamanı “Lexus”da olan 1 nəfər xəsarət alıb.

Dərhal əraziyə polis və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR