Gəncədə lisey tələbəsi bıçaqlanıb - VİDEO

Gəncədə lisey tələbəsi bıçaqlanıb - VİDEO
# 28 oktyabr 2021 21:03 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə 1 nömrəli Gəncə Peşə Liseyində qeydə alınıb. İlkin məlumata görə, 17 yaşlı Zeynal Məmmədov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.
Liseyin tələbəsi Samux rayonun Sərkar kənd sakini 2004-cü il təvəllüdlü Zeynal Məmmədov bud nahiyəsində bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 17 yaşlı Zeynal Məmmədov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.

Hadisənin səbəbləri araşdırılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR