Göyçayda 80 yaşlı kişini yük maşını vuraraq öldürüb

Göyçayda 80 yaşlı kişini yük maşını vuraraq öldürüb
# 04 dekabr 2021 15:48 (UTC +04:00)

Göyçay şəhərində piyadanı avtomobil vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün şəhərin Natəvan küçəsində qeydə alınıb. "Ford" markalı yük avtomobili yolu keçən piyadanı, 1941-ci il təvəllüdlü Cəlal Əhmədovu vurub. Yoldakı sürücülərdən biri yaralını şəxsi avtomobilinə qoyaraq xəstəxanaya çatdırmağa çalışıb. Yaralını aparan "VAZ 2107" markalı minik avtomobili şəhərin Nizami küçəsində digər "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub. Bu qəzadan sonra 80 yaşlı kişi "Mercedes" markalı avtomobillə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR