Göygöldə hərbçiləri daşıyan maşın qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB - VİDEO

Göygöldə hərbçiləri daşıyan maşın qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb - FOTO  - YENİLƏNİB  - VİDEO
# 17 iyul 2021 16:32 (UTC +04:00)

Bu gün Göygöl rayonunda Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarına (DQ) məxsus “Ural” markalı avtomobil aşıb.

DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov APA-ya bildirib ki, hadisə günorta saatlarında rayonun Aşıqlı kəndində baş verib.

Onun sözlərinə görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

"Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyətinin orta-ağır olduğundan hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”, - deyə DİN rəsmisi vurğulayıb.

E. Zahidov qeyd edib ki, faktla bağlı araşdırma aparılır.

***

16:20

Göygöldə ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Gəncə-Toğanalı-Kəlbəcər yolunun Göygöl rayonunun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan maşın dərəyə aşıb. Qəza nəticəsində 10-a yaxın şəxs xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR