Qaxda yol qəzasında Ucar sakini xəsarət alıb

Qaxda yol qəzasında Ucar sakini xəsarət alıb
# 06 dekabr 2021 21:24 (UTC +04:00)

Şəki-Qax avtomobil yolunun 24-cü kilometrliyində - Qax rayon ərazisindən keçən hissəsində yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, 1980-ci il təvəllüdlü, Sumqayıt şəhəri İnşaatçılar qəsəbə sakini Mayılov Mənsur Əliyulla oğlu idarə etdiyi “Toyota Avalon” markalı 99 EK 872 dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri istiqamətindən Şəki rayonu istiqamətində hərəkətdə olarkən, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan 1988-ci il təvəllüdlü, Qax rayonunun İlisu kənd sakini Abbasov Nicat Hamlet oğlunun idarə etdiyi “VAZ-21043 markalı 34 BH 142 dövlət qeydiyyat nişanlı avtomobilin sol orta hissəsindən vurub.

Qəza nəticəsində “Toyota Avalon” markalı avtomobilin salonunda olan sərnişin, 1984-cü il təvəllüdlü, Ucar rayonunun Bərgüşad kənd sakini Səfərəliyev Anar Şaxo oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayan Mərkəzi Xəstəxanasına müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR