Qazax sakinində narkotik aşkarlanıb

Qazax sakinində narkotik aşkarlanıb
# 23 iyun 2021 08:50 (UTC +04:00)

Polis əməkdaşları Qazax sakinində narkotik maddə aşkar ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bsrosuna verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, Cabir Əliyev rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan bağlamada narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Götürülən narkotik maddə maddi sübut kimi ekspertizaya təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR