Qusarda narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Qusarda narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

© APA | Qusarda narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

# 04 avqust 2021 11:54 (UTC +04:00)

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Aşağı İmamqulukənd kəndinin sakini Roman Xəlilov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan APA-ya verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı Aşağı İmamqulukənd kəndindəki özünəməxsus bağ sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi xeyli sayda çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR