Yevlaxda fərdi yaşayış evi yanıb

Yevlaxda fərdi yaşayış evi yanıb
# 21 iyun 2021 00:22 (UTC +04:00)

Yevlax şəhərinin Xanabad kəndində yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı ümumi sahəsi 144 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR