Yevlaxda fərdi yaşayış evi yanıb

Yevlaxda fərdi yaşayış evi yanıb
# 29 oktyabr 2021 08:44 (UTC +04:00)

Yevlaxda fərdi yaşayış evində yanğın baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə Kövər kəndində qeydə alınıb. Kənd sakini Nadir Qurbanova məxsus evdə baş verən yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğın söndürülüb.

Hadisə zamanı evin 56 kvadratmetrlik hissəsində dam örtüyü, yanan konstruksiyalar və ev əşyaları yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR