DİN Qobustandakı qəza ilə bağlı məlumat yayıb

DİN Qobustandakı qəza ilə bağlı məlumat yayıb
# 25 avqust 2020 11:47 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 24-də saat 15 radələrində Qobustan rayonunun Nərimankənd kəndi ərazisində Zaqatala rayon sakini Ə.Nəbiyev idarə etdiyi “Mercedes-Vito” markalı mikroavtobusu aşırıb. Nəticədə sərnişinlərindən Qax rayon sakini Əminə Şövkətli hadisə yerində ölüb, digər sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR