Mingəçevirdə intihara cəhdin qarşısı alınıb

#
# 07:32
15 aprel 2021

Mingəçevirdə çimərlik yolu üzərindəki fərdi təsərrüfatlardan birində intihara cəhd hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Abdullayeva Aişən Nazim qızı ailə münaqişəsi zəminində özünü yaşadığı evin həyətində asaraq öldürməyə cəhd edib.

Hadisədən tez xəbər tutan yaxınları onu həmin an ölümdən qurtarıb. Qadın xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR