Zakir Həsənov: “Separatizm bölgədə sülh və sabitliyin bərqərar olmasına birbaşa təhdiddir”

Zakir Həsənov

© APA | Zakir Həsənov

# 05 oktyabr 2021 14:13 (UTC +04:00)

“Bölgədə terrorizm və separatizm fəaliyyətlərinin davam etdirilməsi sülh və sabitliyin bərqərar olmasına, iqtisadiyyatın inkişafına, eləcə də beynəlxalq fəaliyyətlərin təhlükəsizliyinə birbaşa təhdiddir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra deyib.

Nazir qeyd edib ki, bölgədə münaqişələr ölkələrin ərazi bütövlüyü və beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR