Alen Delon: "Belmondo həyatımın bir hissəsi idi, biz 60 il qabaq birlikdə başlamışdıq"

Jan-Pol Belmondo və Alen Delon

© APA | Jan-Pol Belmondo və Alen Delon

# 10 sentyabr 2021 16:42 (UTC +04:00)

Parisin Sen-Jermen-de-Pre kilsəsində fransız aktyor Jan-Pol Belmondo ilə vida mərasimi keçirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, vida mərasiminə aktyorun dostu və tərəf müqabili, 85 yaşlı Alen Delon da qatılıb.

Mərasimdə iştirak edənlər onu alqışlarla qarşılayıblar.

Onlar rəqib kimi tanınsalar da “Borsalino”, “Yaraşıqlı ol və sus”, “İki nəfərə bir şans” kimi filmlərdə tərəf müqabili olublar. Belmondonun ölümdən tamamilə sarsıldığını bildirən Delon “Belmondosuz Delon, Delonsuz Belmondo olmazdı” deyib: “O, mənim həyatımın bir hissəsi idi, biz 60 il qabaq birlikdə başlamışdıq”.

Qeyd edək ki, Jan-Pol Belmondo sentyabrın 6-da 88 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR