“Çernomor” obrazı ilə məşhur olan rus aktyoru Vladimir Fyodorov vəfat edib

Vladimir Fyodorov, rusiyalı aktyor

© APA | Vladimir Fyodorov, rusiyalı aktyor

# 18 may 2021 20:35 (UTC +04:00)

Rusiyanın tanınmış aktyorlarından olan Vladimir Fyodorov 83 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə mərhum aktyorun tanışı İvan Şablov “Facebook” səhifəsində yazıb.

"Qısa boylu böyük adam. Sənətçi, nüvə fiziki, vətəndaş və İnsan! Qızıl əlləri və parlaq düşüncəyə sahib idi”, deyə Şablov vurğulayıb.

Qeyd edək ki, V. Fyodorov 40-dan çox filmdə rol alıb. O, xüsusilə "Ruslan və Lyudmila" sovet filmindəki “Çernomor” obrazı ilə məşhur idi. “Turançoks” obrazı da ona uğur gətirmişdi. Bundan əlavə, Fyodorov "On iki stul" və "Kin-dza-dza!" filmlərində də çəkilib.

"Ruslan və Lyudmila" filmi, “Çernomor” obrazı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR