“Suğra və oğulları” filmi Busan Beynəlxalq Film Festivalında nümayiş olunacaq

“Suğra və oğulları” filmindən kadr

© APA | “Suğra və oğulları” filmindən kadr

# 10 sentyabr 2021 14:44 (UTC +04:00)

Kinorejissor İlqar Nəcəfin “Suğra və oğulları” bədii filmi A kateqoriyalı Busan Beynəlxalq Film Festivalının müsabiqə bölməsinə seçilib.
“Azərbaycanfilm” Kinostudiyandan APA-ya verilən məlumata görə, film festivalın “Kim Jiseok” adına mükafatı uğrunda yarışacaq.

Bakı Media Mərkəzi, “Butafilm”, “Arizona Productions” (Fransa) və “Salarfilm”in (Almaniya) birgə istehsalı olan filmdə İkinci Dünya müharibəsi dövrü Azərbaycanda, arxa cəbhədə, kənddə yaşayan insanların taleyindən bəhs olunur. Filmin əksər çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb.

Ssenari müəlliflərindən biri və rejissoru İlqar Nəcəf olan “Suğra və oğulları” filminin yaradıcı heyəti arasında avropalı mütəxəssislər də yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR