Hesablama Palatasının sədri: "130 milyon manat vəsaitin pul və natura şəklində bərpasına nail olunub"

Hesablama Palatasının sədri: "130 milyon manat vəsaitin pul və natura şəklində bərpasına nail olunub"
# 24 iyun 2020 13:44 (UTC +04:00)

“Hesablama Palatasının fəaliyyətinə dair Hesabatı parlamentin həm İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində, həm də plenar iclasda geniş müzakirə edildi. Maraqlı fikirlər səsləndirildi. Komitə iclasında dövlət vəsaitinin istifadəsi ilə bağlı aşkar olunmuş pozuntulara adi tapıntı kimi deyil, xarakterinin diqqətdə saxlanılması və ya ənənəvi “belə olmaz” kimi deyil, kompleks yanaşma, yəni baş vermə səbəbləri və nədən qaynaqlandığı, eləcə də, nöqsanların daha çox təkrarlanmasına son qoyulması və görülən tədbirlərin nəticəliliyinin artması prizmasından yanaşıldı”.

APA xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, millət vəkillərinin çıxışları onları daha sərt olmağa və qətiyyətli addımlar atmağa, artıq xərclərin bərpası ilə bağlı tədbirlərin gücləndirilməsinə kökləyib: “Son illər aparılan nəzarət tədbirləri nəticəsində Hesablama Palatası tərəfindən 130,0 mln. manatdan çox vəsaitin həm pul, həm də natura şəklində bərpasına nail olunub. Eyni zamanda, bu dövrdə ümumilikdə 35 material hüquq-mühafizə orqanlarına göndərilib. Bu materiallar da kifayət qədər maliyyə tutumludur və hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilərək, məqsədəuyğun tədbirlər görülmüşdür. Əlbəttə ki, millət vəkillərinin bizim hesabatlara daha praktik və tələbkar yanaşmaları dövlət vəsaiti üzərində parlament nəzarətinin güclənməsinə səbəb olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR