ABŞ Rusiyaya qarşı SWIFT-lə bağlı sanksiyalar tətbiq edə bilər

ABŞ Rusiyaya qarşı SWIFT-lə bağlı sanksiyalar tətbiq edə bilər
# 07 dekabr 2021 11:06 (UTC +04:00)

ABŞ və onun avropalı müttəfiqləri Rusiyanın bir sıra kredit təşkilatına və birbaşa investisiya fonduna qarşı, xüsusilə də rublun konvertasiyasını məhdudlaşdıran yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən xəbər verir.

Sözügedən sanksiyalar Rusiya Ukraynaya hücum etdiyi halda tətbiq edilə bilər.

Qeyd edilir ki, ən ciddi tədbir Rusiyanı SWIFT şəbəkəsindən ayırmaq olardı, lakin bu, Rusiya vətəndaşlarına ciddi zərbə vuracaq və bu səbəbdən ABŞ rəsmiləri ölkəni rublun dollara, avroya və Britaniya funtuna mübadiləsi imkanından məhrum etməyə daha çox meyllidirlər. Bundan əlavə, Rusiyanın dövlət borcuna təkrar bazarda investisiya qoyuluşunun qadağan edilməsi də müzakirə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR