Hökumət elmə ayrılan vəsaitlərin hansı istiqamətlərə xərclənəcəyi ilə bağlı müzakirə aparır 

Samir Şərifov, maliyyə naziri

© APA | Samir Şərifov, maliyyə naziri

# 10 noyabr 2021 15:23 (UTC +04:00)

“Milli inkişaf prioritetlərində təhsil əsas xərclərdə nəzərdə tutulub”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nzzir bildirib ki, əfsuslar olsun ki, onu elm xərclərinə aid edə bilmir: “Elm xərclərinin ÜDM-də payı artmayıb. Xərclərin artımının hansı institutlar, qurumlar tərəfindən istifadə olunacağı və bizim gözlədiyimiz elmi tərəqqi ilə bağlı hökumətdə ciddi müzakirələr aparılmaqdadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR