"Ryanair" I rübü 273 mln. avroluq xalis zərər ilə başa vurub

"Ryanair" I rübü 273 mln. avroluq xalis zərər ilə başa vurub
# 26 iyul 2021 15:35 (UTC +04:00)

Avropanın ən böyük büdcə aviaşirkəti "Ryanair" aprel-iyun aylarında (bu dövr şirkətin maliyyə ilinin I rübü sayılır) 273 milyon avro həcmində zərər edib.

"APA-Economics"in şirkətə istinadən verdiyi məlumata görə, bu ötən ilin eyni maliyyə rübü ilə müqayisədə 47,6% çoxdur.

Hesabat dövründə aviaşirkətin sərnişin daşımaları ötən ilki 0,5 milyondan 8,1 milyona qalxıb və bunun sayəsində iyunun axırına şirkətin 4,06 milyard avroluq güclü nəğd vəsait balansı yaranıb. Xalis borc I maliyyə rübü ərzində 27,2% azalaraq 1,7 milyard avroya enib.

Qeyd edək ki, zərərin əsas səbəbi kimi, sözügedən dövrdə tələbin müəyyən dərəcədə artmağına baxmayaraq, COVID-19 pandemiyası fonunda Pasxa bayramı ilə əlaqədar əksər uçuşların ləğv edildiyi üçün zərərin artması aviaşirkət üçün qaçılmaz olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR