Britaniya iqtisadiyyatı fevralda cüzi artıb

#
# 12:01
13 aprel 2021

Böyük Britaniya iqtisadiyyatı 2021-ci ilin fevral ayında yanvar ilə müqayisədə 0,4% səviyyəsində artıb.

"APA-Ecocomics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, cüzi iqtisadi artımın əsas səbəbləri kimi, ölkədə fəaliyyət göstərən şirkətlərin COVID-19 pandemiyası ilə əlaqədar karantin qaydalarının yumşadılmasının gözləməsi və "Brexit"dən sonra Avropa İttifaqı ilə ticarət münasibətlərinin bir qədər yaxşılaşması göstərilir. İllik müqayisədə isə fevralda Böyük Britaniya ÜDM-i 7,8% azalıb.

Qeyd edək ki, 2020-ci ildə ölkə iqtisadiyyatı 10% azalıb və bu, son 30 ildən artıq müddət ərzində ən kəskin geriləmə kimi qeydə alınıb. "UBS Global Wealth Management" şirkətinin iqtisadçısı Din Törnerin (Dean Turner) fikrincə, COVID-19-a qarşı vaksinasiyanın hazırkı sürəti Böyük Britaniya iqtisadiyyatının bu ilin sonuna və ya 2022-ci ilin əvvəlinə bərpa olması perspektivlərini artırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR