Gürcüstanın ümumi xarici borcu 2% azalıb

Gürcüstanın ümumi xarici borcu 2% azalıb
# 29 iyun 2020 16:15 (UTC +04:00)

Bu ilin I rübündə Gürcüstanın ümumi xarici borcu 18,3 mlrd. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının rüblük hesabatında bildirilir.

Qeyd olunub ki, martın 31-nə olan göstəriciyə əsasən, qonşu ölkənin xarici borcu illik müqayisədə 350,9 mln. dollar və ya 2% azalıb. Hesabat dövründə ictimai sektorun ölkənin xarici borcunda payı 7,8 mlrd. dollar təşkil edib ki, bu da ÜDM-in 44%-nə bərabər olub. Xarici borcda hökumətin payı 5,7 mlrd. dollar, Gürcüstan Milli Bankının payı isə 443,9 mln. dollardır.

Hesabata əsasən, cari ilin I rübündə Gürcüstanın bank sektorunun xarici borcu 4,4 mlrd. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR