İspaniya iqtisadiyyatı bu il 15% azala bilər

#
# 17:11
8 iyun 2020

İspaniya Mərkəzi Bankı ölkə iqtisadiyyatının ən pis ssenari çərçivəsində bu il ərzində 15%-dək azalacağını proqnozlaşdırır.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi xəbərə görə, reallaşacağı təqdirdə, bu, Avrozonada ən böyük həcmli azalmalardan biri olacaq.

İspaniya Avrozonada COVID-19 pandemiyasından ən çox zərər çəkən və turizmdən ən çox asılı olan ölkələrdən biridir.

Həmçinin, İspaniya Mərkəzi Bankının proqnozuna görə, pandemiyadan əvvəl 14% olan işsizlik səviyyəsi bu il 18,1-23,6%-ə yüksələ bilər. Ən yaxşı ssenari üzrə işsizlik səviyyəsi 2022-ci ilin sonuna 17%-in üstündə olacaq.

Bildirək ki, geriləmədən sonra ölkə iqtisadiyyatının bərpa olunacağı və ən pis ssenari üzrə belə, 2021-ci ildə 7% səviyyəsində artması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR