Nazir Metropolitan Muzeyinin Nizami Gəncəvini fars şairi kimi təqdim etməsinə münasibət bildirib

Nazir Anar Kərimov

© APA | Nazir Anar Kərimov

# 15 noyabr 2021 13:02 (UTC +04:00)

“Təəssüflər ki, bəzi ölkələrdə Azərbaycana aid görkəmli şəxsiyyətlər, sənət əsərləri ya fars, ya da erməni əsərləri kimi təqdim olunur”.

APA-ının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, bu cür hallar tez-tez baş verir: “Bu da ikili standartların təzahürüdür. Bu illər boyu bizə qarşı aparılan kampaniyadır. Buna qarşı da kompleks tədbirlər görülməlidir. Biz də çalışırıq mütəmadi olaraq xaricdə olan tərəfdaşlarımızı və mədəniyyət təsisatlarını xəbərdar edək. Burada məlumatlılıq səviyyəsinin artırılması çox önəmlidir. Dünyaya göstərməliyik ki, Nizami Gəncəvi də, Füzuli də, Nəsimi də, xalçalarımız da Azərbaycan xalqına məxsusdur. Bu uzunmüddətli işdir, amma biz bu işi görməliyik. Biz bu cür mənimsəmələrin qarşısını almaqda qərarlıyıq”.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Metropoliten Muzeyində təşkil olunan sərgidə Nizami Gəncəvi fars şairi kimi təqdim edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR