Ali Baş Komandan İlham Əliyevi Brüsseldə Avropadakı vətənpərvər azərbaycanlılar qarşılayıb - FOTO - VİDEO

Ali Baş Komandanı Brüsseldə Avropadakı vətənpərvər azərbaycanlılar qarşılayıb

© APA | Ali Baş Komandanı Brüsseldə Avropadakı vətənpərvər azərbaycanlılar qarşılayıb

# 13 dekabr 2021 21:04 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu gün Brüsselə səfər edib.

APA-nın məlumatına görə, Ali Baş Komandanı Belçika paytaxtında Avropada yaşayan çoxsaylı azərbaycanlı vətənpərvər qarşılayıb.

Əllərində ingilis, fransız və digər dillərdə müxtəlif plakatlar tutmuş azərbaycanlılar Prezident İlham Əliyevə dəstək şüarları səsləndiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin səfər çərçivəsində dekabrın 14-15-də Brüsseldə bir neçə tədbirdə iştirakı və görüşləri nəzərdə tutulur.

Dekabrın 14-də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşəcək.

Prezident İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının iclasında da iştirak edəcək.

Azərbaycan Prezidenti və Baş katib görüşdən sonra NATO qərargahında mətbuat konfransı keçirəcəklər.

Azərbaycan Prezidenti dekabrın 15-də keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammitində də iştirak edəcək.

© APA | Ali Baş Komandanı Brüsseldə Avropadakı vətənpərvər azərbaycanlılar qarşılayıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR