Çin səfiri: "Zəngəzur dəhlizi "Bir kəmər, bir yol" layihəsinə töhfə verəcək" - FOTO

Mikayıl Cabbarov Çin səfiri ilə görüşüb

© APA | Mikayıl Cabbarov Çin səfiri ilə görüşüb

# 01 iyul 2021 16:33 (UTC +04:00)

"Zəngəzur dəhlizi Çinin “Bir kəmər, bir yol” nəqliyyat layihəsinə töhfə verəcək".

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Quo Min nazir Mikayıl Cabbarovla görüşü zamanı deyib.

Səfir M. Cabbarovu Çində keçiriləcək növbəti Çin Beynəlxalq İdxal Sərgisinə dəvət edib.

Görüşdə Çin şirkətlərinin işğaldan azad olunan ərazilərdə yenidənqurma işlərində iştirak imkanları vurğulanıb, iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi və ticarət dövriyyəsinin artırılması barədə müzakirələr aparılıb.

Öz növbəsində nazir M. Cabbarov bildirib ki, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası ölkələr arasında əlaqələrin genişlənməsində əlverişli platforma rolunu oynayır. Azərbaycanın Çində ticarət nümayəndəsi, 3 ticarət evi, 3 şərab evi, ticarət şəbəkələrində 3 ticarət bölməsi fəaliyyət göstərir və bu istiqamətdə tədbirlər davam etdirilir. Azərbaycanda Çin sərmayəli şirkətlər fəaliyyət göstərir, uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Sənaye sahəsində Çinlə bir sıra layihələr üzrə danışıqlar aparılır.

M. Cabbarov Çin şirkətlərini Azərbaycanda yaradılan əlverişli işgüzar mühitdən yararlanmağa, sənaye parklarına, o cümlədən bu yaxınlarda təməli qoyulan Ağdam Sənaye Parkına investisiya yatırmağa dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR