Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qazın ixracını 16,5 % artırıb

Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qazın ixracını 16,5 % artırıb
# 12 iyun 2020 14:04 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 13 431,1 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,3% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qazın nəqlinin 36,5% Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 4 900,5 mln. kubmetr qaz ötürülüb (ötən ilin yanvar-may ayları ilə müqayisədə 16,5%-lik artım).

Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür.

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub. Boru kəməri 1-i Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR