Azərbaycanda sentyabrda gündəlik xam neft hasilatının həcmi açıqlanıb

Azərbaycanda sentyabrda gündəlik xam neft hasilatının həcmi açıqlanıb
# 22 oktyabr 2021 12:41 (UTC +04:00)

Bu ilin sentyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 703,1 min barel olub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hasil edilən maye karbohidrogenlərin 586,2 min barelini xam neft, 116,9 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Qərarın qüvvəyə minməsi ilə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR