AVRO-2020: İtaliya 1/8 finala yüksəlib, Türkiyə işini çətinə salıb

AVRO-2020:  İtaliya 1/8 finala yüksəlib, Türkiyə işini çətinə salıb
# 17 iyun 2021 00:51 (UTC +04:00)

AVRO-2020-nin qrup mərhələsində II tura start verilib.

Apasport.az saytının məlumatına görə, çempionatın 6-cı oyun günündə 3 matç keçirilib.

B qrupunda Rusiya ilə Finlandiya üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Rusiyalılar turnirdə ilk qələbəsini qazanıb

Digər iki matç A qrupunda keçirilib. Qardaş Türkiyə millisi Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşıb. Hər hissənin sonunda bir qol vuran böyük britaniyalılar Bakıdan 4 xalla ayrılıb. İkinci məğlubiyyətini alan “ay-ulduzlular” ilk iki yerdən birini tutmaq şansını itirib və yalnız 3-cü yerlə 1/8 finala ümid edə bilər.

1/8 finala ilk vəsiqəni isə İtaliya qazanıb. Romada İsveçrəni məğlub edən appeninlilər ardıcıl ikinci qələbə ilə növbəti mərhələyə yüksəlib. Roberto Mançinin yetirmələri son tura qrupda 1-ci yeri tutmaq üçün çıxacaq.

Qeyd edək ki, II tur iyunun 19-da başa çatacaq.

AVRO-2020
Qrup mərhələsi
II tur, 16 iyun
B qrupu
17:00. Finlandiya - Rusiya - 0:1
Qol:
Aleksey Mirançuk, 45+2
Baş hakim: Danni Makkeli (Niderland)
“Sankt-Peterburq” stadionu

1

Belçika

1

1

0

0

3-0

3

2

Rusiya

2

1

0

1

1-3

3

3

Finlandiya

2

1

0

1

1-1

3

3

Danimarka

1

0

0

1

0-1

0

A qrupu
20:00. Türkiyə - Uels - 0:2
Qollar:
Aron Remsi, 43, Konnor Roberts, 90+4
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Bakı Olimpiya Stadionu

23:00. İtaliya – İsveçrə - 3:0
Qollar:
Manuel Lokatelli, 26, 52, Çiro İmmobile, 89
Baş hakim: Sergey Karasyov (Rusiya)
Roma. Olimpiya Stadionu

1

İtaliya

2

2

0

0

6-0

6

2

Uels

2

1

1

0

3-1

4

3

İsveçrə

2

0

1

1

1-4

1

4

Türkiyə

2

0

0

2

0-5

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR