Əlaqələndirmə Qərargahı nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Ağdamda Qiyaslı məscidi və Şahbulaq qalasında olublar - FOTO

Əlaqələndirmə Qərargahı nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Ağdamda Qiyaslı məscidində

© APA | Əlaqələndirmə Qərargahı nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Ağdamda Qiyaslı məscidində

# 29 iyul 2021 14:57 (UTC +04:00)

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri davam edir.

APA-nın yerli bürosunun məlumatına görə, Mərkəzin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupu səfər çərçivəsində Qiyaslı məscidində və Şahbulaq kəndi yaxınlığında yerləşən tarixi Şahbulaq qalasında olub.

Nümayəndə heytə məscidə və qalaya baxış keçirib, qeydiyyat işləri aparılıb.

Qeyd edək ki, bu gün Mərkəzin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupu səfər çərçivəsində “İmarət” kompleksində, Cümə məscidində də olub, Ağdam Dram Teatrının binasının yerləşdiyi əraziyə, 19-cu əsrə aid Ağdam hamamına baxış keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR