27 sentyabr - Anım Günü münasibətilə paytaxt Bakıda bəzi binalarda Azərbaycan bayrağı əks olunub.
APA-nın məlumatına görə, Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində xüsusi işıqlandırma ilə Azərbaycan bayrağı proyeksiya edilib.