Mingəçevir Şəhidlər Muzeyi yenidən qurulacaq

Mingəçevir Şəhidlər Muzeyi

© APA | Mingəçevir Şəhidlər Muzeyi

# 23 sentyabr 2021 12:12 (UTC +04:00)

Mingəçevirdəki Şəhidlər Muzeyi yenidən qurulacaq.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1995-ci ildə Şəhidlər xiyabanı xatirə kompleksində inşa olunmuş muzey mövcud tələblərə cavab vermir. Ona görə də 198 kvadratmetrlik binada nümayiş etdirilən 1809 eksponatın sərgilənməsi və qorunması üçün texniki imkanlar məhduddur. Muzeydə havalandırma sistemi yoxdur, işıqlandırma tələblərdən aşağı səviyyədədir. Şərait olmadığından 44 günlük Vətən müharibəsi iştirakçısı olmuş 51 mingəçevirli şəhidin doğmalarından muzey üçün əşyalar qəbul edilmir. Onlara muzeydə yeni eksponatların nümayişi və qorunması üçün tələb olunan şərait olmadığı üçün müvəqqəti olaraq həmin nümunələrin qəbul olunmayacağı bildirilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir nümayəndəliyindən APA-ya verilən məlumata görə, ən yaxın zamanda muzeyin yenidən qurulmasına qərar verilib. Şəhidlər Muzeyi binasının bir qədər də genişləndirilməsi şərti ilə əsaslı təmiri həyata keçiriləcək, texniki problemlər birdəfəlik aradan qaldırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR