Miqrasiya Xidməti Avropa çempionatı ilə əlaqədar Azərbaycana səfər edən əcnəbilərə müraciət edib

Miqrasiya Xidməti Avropa çempionatı ilə əlaqədar Azərbaycana səfər edən əcnəbilərə müraciət edib

© APA | Dövlət Miqrasiya Xidməti

# 09 iyun 2021 14:54 (UTC +04:00)

Dövlət Miqrasiya Xidməti 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək oyunları ilə əlaqədar Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Miqrasiya Xidmətindən APA-ya bildirilib ki, Bakı şəhərində keçiriləcək futbol üzrə Avropa çempionatı ilə əlaqədar ölkəyə səfər edən əcnəbilər aşağıda göstərilən sənədlərdən hər hansı birini təqdim etdikdə 2021-ci il iyulun 5-dək dövlət sərhədindən buraxılış məntəqələrində viza ala bilərlər:

- Oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

- Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;

- Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Qeyd olunub ki, futbol oyunları ilə əlaqədar ölkəyə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər mütləq qaydada uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR