Türkiyəyə göndərilən daha 4 qazi Vətənə qayıdıb

Türkiyəyə göndərilən daha 4 qazi Vətənə qayıdıb

© APA | Türkiyəyə göndərilən daha 4 qazi sağalıb

# 16 iyun 2021 11:31 (UTC +04:00)

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazi sağalaraq Vətənə geri dönüb.

Bu barədə APA-ya Fonddan məlumat verilib.

Sağalaraq Vətənə geri dönən qazilər - Məmmədzadə Arif Mahir oğlunun, İbrahimov Kamran Ceyhun oğlunun, Bayramov Rahul Mərdan oğlunun, İslamov Vüsal İslam oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 61 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR